15/01/2018 12:36

Azərbaycan “Skif” üçün yeni raketlər alıb

Azərbaycan ötən il Ukraynadan 50 ədəd RK-2S idarə olunan tank əleyhinə raket alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukrayna mətbuatı ölkənin Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Adıçəkilən raketlər “Skif” tank əleyhinə idarə olunan raket komplekslərində istifadə edilir. RK-2S raketi yerüstü hərəkətli və hərəkətsiz hədəflərin məhvi üçün nəzərdə tutulub və “Luç” Dövlət Konstruktor Bürosunda istehsal olunur.

RK-2S raketinin atış mənzili 5000 metrədəkdir. Raket 800 mm qalınlığında zirehi dəlməyi bacarır.