08/08/2019 18:03

Azərbaycan snayperlər “Snayper həddi” müsabiqəsinin yarımfinalına vəsiqə qazanıb

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən Azərbaycan Ordusunun snayperləri yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına Azərbaycan komandası dördüncü qatılacaq.

Növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.