30/04/2018 16:51

Azərbaycan snayperləri EFES-2018 təlimində – FOTO

Türkiyədə keçirilən EFES-2018 hərbi təlimlərinə qatılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri müxtəlif məşq proseslərinə start veriblər.

“AzeriDefence”nin Türkiyə bürosunun məlumatına görə, aprelin 29-dan snayperlərin hazırlıq məşqləri başlayıb. Snayerlərimiz məşqlərdə müxtəlif növ tüfənglərdən, o cümlədən M110 snayper tüfəngindən 600 metrədək məsafədə hədəflərə atışlar həyata keçirirlər.

Bu gündən isə xüsusi təyinatlılarımız gecə şəraitində paraşütlə tullanma məşqlərinə başlayır.

Qeyd edək ki, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir. Aprelin 27-də pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. Ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.

Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.