28/07/2018 14:28

Azərbaycan snayperləri öz ustalıqlarını nümayiş etdirəcəklər

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçiriləcək “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 28-dən avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.