01/08/2019 17:55

Azərbaycan snayperləri “Snayper həddi”ndə sınaq atışları yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən Azərbaycan snayperləri atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqəyə hazırlıq dövründə komandalar yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.

Püşkatmanın nəticələrinə əsasən 21 ölkədən olan nümayəndələrin iştirakı ilə keçiriləcək müsabiqədə iştirak etmək üçün snayperlər tibbi yoxlamadan keçib və təhlükəsizlik qaydaları ilə tanış olublar.