12/04/2017 15:19

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı missiyanı davam etdirəcək hərbi qulluqçularının bir qrupu Əfqanıstana yola salınıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana gedib

Məlumatda o da qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.