09/08/2019 16:25

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Püşkatmanın nəticələrinə əsasən komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək Azərbaycan komandasının birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.