17/08/2019 19:31

Azərbaycan tankçıları “Tank Biatlonu”nda dördüncü yeri tutublar

Rusiyanın Moskva vilayətinin Alabino poliqonunda keçirilən “Tank Biatlonu” başa çatıb.

“Azeri Defence”nin məlumatına görə, yarışda Rusiya birinci, Belarus ikinci, Qazaxıstan isə üçüncü olub.

Azərbaycan tankçıları dördüncü yerdə qərarlaşıb.

Yarışın yekun mərhələsini müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib.