28/03/2018 15:45

Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü qeyd edilib – FOTO

Martın 28-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları peşə bayramlarını qeyd etdilər.

“AzeriDefence” Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi satına istinadən xəbər verir ki, Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü münasibəti ilə DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıb.