12/10/2017 17:08

Azərbaycan və ABŞ hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Oktyabrın 12-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Azərbaycanda işçi səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.