24/08/2018 00:25

Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Belarusda sərfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib.

Nümayəndə heyətləri arasında keçiriən görüşdə Belarus-Azərbaycan hərbi-texniki əməkdaşlığının aktual məsələləri və inkişaf perspektivləri müzakirə edilib.