19/11/2018 18:46

Azərbaycan və Belarus arasında HHM silah və texnikasının təchiz olunmasına dair memorandum imzalanıb

Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan Müdafiə Nazirliyi və Belarus Dövlət Hərbi-Sənaye Komitəsi arasında anlaşma memorandumu imzalanıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıblar.