10/10/2017 18:47

Azərbaycan və Belarus arasnda hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Oktyabrın 10-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.

Bu barədə “Azeridefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Tərəflər Azərbaycan və Belarus arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.