13/09/2018 17:22

Azərbaycan və Bolqarıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda səfərdə olan Bolqarıstan Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.