16/05/2019 21:10

Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 16-da Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.