28/09/2018 19:06

Azərbaycan və Çin arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Sentyabrın 28-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının “Poly Technologies” şirkətinin vitse prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin üzvləri ADEX-2018 sərgisinə qatıldıqlarına görə məmnun olduqlarını ifadə ediblər.