06/11/2018 15:33

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin təhsil üzrə ekspertləri arasında görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü başlayıb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki gün davam edəcək görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.