27/05/2019 15:48

Azərbaycan və Gürcüstan sərhəd mühafizələrinin rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin  dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan Azərbaaycana gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış mən­təqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilib və razılaşdırılıb.

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.