03/10/2019 17:23

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri arasında görüş keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadi və Birinci Zona ordu admiralı Məhəmmədi ilə görüşüb.

Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.

Görüşdə 1-ci dərəcəli kapitan Zaur Hümmətov bildirib ki, Azərbaycan İranda keçirilən təlim və yarışlarda iştirak etməyə, eləcə də İran və Azərbaycan hərbi dənizçilərinin iştirakı ilə müştərək məşq keçirilməsinə hazırdır.

İran HDQ-nin ordu admiralı öz növbəsində bildirib ki, Azərbaycan və İran hərbi gəmirlənin qarşılıqlı səfərləri və hərbi məşqlərin keçirilməsi iki ölkə arasında əlaqələri daha da möhkəmlədirə bilər.