20/03/2019 15:03

Azərbaycan və İran Sərhəd Xidmətlərinin rəisləri görüşəcək

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin görüşü keçiriləcək.

Bu barədə AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, martın 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri  “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.