11/09/2017 21:56

Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib – FOTO

Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.