22/03/2019 17:51

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Pakistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 22-də bu ölkənin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.