20/09/2017 18:51

Azərbaycan və Pakistan HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.