30/11/2017 23:15

Azərbaycan və Pakistan təyyarə alışı üzrə saziş imzalayacaqlar

Azərbaycan və Pakistan təlim təyyarələrinin alışı üzrə saziş imzalayacaqlar.

“AzeriDefence” “Trend”ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib: “Biz ekspertlər səviyyəsində müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanları öyrənməliyik”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Pakistandan Hərbi Hava Qüvvələri üçün “Super Mushshak” tipli 10 təlim-məşq təyyarəsi alıb.