18/06/2019 11:30

Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Azərbaycan və Pakistan Xüsusi Təyinatlı Qüvvələrinin birgə təlimi keçiriləcək.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazirin sözlərinə görə, təlimin ssenarisi hazırdır.

Təlim Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yeni istifadəyə verilmiş poliqonunda keçiriləcək.