25/06/2019 17:51

Azərbaycan və Rusiya arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Army-2019” sərgisi çərçivəsində bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşı məlumat verib. Memorandum Müdafiə Sənayesi Nazirliyinin stendində imzalanıb.

Memorandumu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Rusiya sənaye və ticarət nazirinin müavini Oleq Nikolayeviç Ryazansev imzalayıb.