31/07/2018 18:09

Azərbaycan və Rusiya HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.

Tərəflər həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar.