30/11/2016 15:28

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb – FOTOLAR

Bu gün Moskvada keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şoyqu bildirib ki, hər iki ölkənin müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər.

O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.

Görüşün sonunda iki ölkənin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

mnmoskva2

mnmoskva3