27/02/2018 16:10

Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.

İki ölkə arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.