20/10/2016 14:03

Azərbaycan və Serbiya hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya Müdafiə Nazirliyi arasında 2016-cı il ikitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 20-də Bakı şəhərində tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, Serbiya Müdafiə Nazirliyi Hərbi Tibb Akademiyasının nümayəndələri, polkovnik Draqan Dinçin və polkovnik Neboyşa Yoviç iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri təcrübə və fikir mübadiləsi ilə bölüşəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalındakı şəraitlə tanış olacaq və Hərbi Tibb Fakültəsindəki tədris prosesini izləyəcəklər.