07/03/2018 19:17

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiq edib.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.