31/10/2017 16:32

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Oktyabrın 31-də Bakıda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“AzeriDefence” xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.