23/02/2016 11:39

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin təlimi keçiriləcək

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə çox sayda birgə təlimlərinin keçrilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2016-cı il ərzində Hərbi Hava Qüvvələrinin iştirakı ilə Türkiyədə “TurAz Şahini 2016”, “TurAz Qartalı-2016” birgə uçuş-taktiki, “Anadolu Qartalı-2016” çoxmillətli, “İşik-2016” beynəlxalq axtarış-xilasetmə, Kompüter Dəstəkli birgə və Hərbi Dəniz Qüvvələrinin cəlb edilməsi ilə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılır.