24/11/2017 13:35

Azərbaycan və Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.