11/06/2019 18:21

Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələyə gəliblər

İyunun 11-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.