01/06/2018 21:45

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi yekunlaşıb – FOTO/VİDEO

Türkiyənin Qars vilayətində keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi yekunlaşıb.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Mayın 29-dan mayın 31-dək davam edən döyüş atışlı təlimdə Azərbaycan tərəfindən bir ədəd mexanikiləşdirilmiş bölük iştirak edib.

“Təlimdə Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasındakı dostluq, əməkdaşlıq və koordinasiya inkişaf etdirilib, qarşılıqlı məlumat və təcrübə mübadiləsi gerçəkləşdirilib, birlikdə çalışa bilmə qabiliyyəti yüksəldilib”, –  deyə Baş Qərargaın məlumatında qeyd olunub.

Təlimə Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qüvvələri qatılıb.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir. Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.