10/06/2019 16:35

Azərbaycan və Türkiyənin Müdafiə nazirləri Naxçıvana səfər ediblər

İyunun 10-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hülusi Akar Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirləri Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləyəcəklər.