02/10/2016 17:38

Azərbaycan və Ukrayna yüngül TƏİRK-in birgə istehsalı imkanlarını müzakirə edib

korsar atgm

 

Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan və Ukrayna müdafiə sənayesi qurumları arasında tank əleyhinə idarə olunan yüngül raket komplekslərinin birgə istehsalı müzakirə olunub.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

“Ukroboronprom” DK rəhbərliyi və Azərbaycan müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə portativ TƏİRK sisteminin və onun döyüş sursatlarının birgə istehsalı məsələsi müzakirə edilib.

“Söhbət Ukrayna mühəndisləri tərəfindən hazırlanmış “Korsar” TƏİRK-in birgə istehsalından gedir”, – deyə DK bildirib.

“Ukroboronprom” DK stendində yer alan “Korsar” 14 kq-dan az çəkiyə malikdir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, TƏİRK istənilən növ zirehli nəqliyyat vasitəsini yüksək dəqiqliklə məhv etməyə imkan verir.

SIP_6476

 

Xəbər Lenti