27/04/2018 21:21

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən yarışda birinci oldular

Türkiyənin İzmir şəhərində “Efes-2018” təlimləri çərçivəsində keçirilən yarışda Azərbaycan Ordusunun hərbçiləri birinci yerə çıxıblar.

“AzeriDefence”nin məlumatına görə, bu gün keçirilən pentatlon növü üzrə yarışmada 23 ölkənin hərbçilərindən ibarət komandalar arasında Azərbaycan xüsusi təyinatlıları birinci, Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub.

Xatırladaq ki, Azərbaycan hərbçiləri bundan əvvəl -2016-cı ildə keçirilən “Efes” təlimində də birinci yeri tutub.

Qeyd edək ki, “Efes-2018” hərbi təliminin döyüş atışlı hissəsi may ayının 7-dən 11-dək davam edəcək. Təlimin əsas mərhələsini izləmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər hərbi qurumların rəhbərləri Türkiyəyə dəvət olunublar.