23/11/2018 10:40

Azərbaycana heroin keçirmək istəyən İran vətəndaşları saxlanılıb

Noyabrın 19-da “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycan gələn İran vətəndaşları 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıblar.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 20-də həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.