31/10/2019 20:10

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər BDU-da olublar

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Bakı Dövlət Universitetində (BDU) olublar.

Bakı Dövlət Universitetindən “AzeriDefence”yə verilən xəbərə görə, diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verilib.

Həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə də danışılıb. Universitet haqqında video-çarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.

Universitetlə tanış olan hərbi attaşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.