16/09/2019 15:25

Azərbaycanda Böyük Vətən Müharibəsində iştirak etmiş 380 veteran qalıb

Son bir ildə Azərbaycanda Böyük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş 200-ə yaxın veteran dünyasını dəyişib.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilovun sözlərinə görə, bu gün respublikada həyatda qalan Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 380 nəfərdir.

“Bəzi rayonlarda artıq Böyük Vətən Müharibəsi veteranı qalmayıb. Elə rayonlar var ki, sonuncu veteranı bir neçə il əvvəl dünyasını dəyişib. Veteranlarımızın sayı hər keçən gün azalır”, – deyə təşkilat rəsmisi bildirib.

Qeyd edək ki, Böyük Vətən Müharibəsində Azərbaycandan 700 minə yaxın şəxs iştirak edib. Onlardan 300 mindən bir qədər çoxu geri dönüb. 350 mindən çox Azərbaycan vətəndaşı müharibədə həlak olub, yaxud itkin düşüb.