05/03/2018 15:15

Azərbaycanda müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı 4,2 dəfə artıb

Azərbaycanda 2017-ci ildə istehsal olunan hərbi sənaye məhsulunun ümumi həcmi 279,4 milyon manat təşkil edib.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.

Ümumi hərbi məhsul istehsalının həcmi 2010-cu il ilə müqayisədə 3,1 dəfə, 2016-cı il ilə müqayisədə isə 2,6 faiz artıb.

Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2010-cu il illə müqayisədə 4,2 dəfə, 2016-cı il ilə müqayisədə 10,1 faiz artım olub. Bütünlükdə istehsal olunan məhsulun tərkibində 256,7 milyon manatı (91,9 faizi) müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası, xüsusi və müdafiə təyinatlı məmulatların ixracı, 22,7 milyon manat (8,1 faizi) isə mülki təyinatlı məhsullar təşkil edib.