13/09/2017 14:54

Azərbaycanda pilotsuz mülki uçuş aparatlarının istifadə qaydaları hazırlanıb

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.

“AzəriDefence” Dövlət Mülki Aviasiya Administrasiyasına istinadən xəbər verir ki, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.

Qeyd olunan layihə Azərbaycanın aidiyyəti dövlət qurumlarından daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla razılaşdırılma mərhələsindən keçib və Nazirlər Kabinetinə təqdim edilib.