04/03/2019 13:44

Azərbaycanda poliqonlar üçün hədəf sistemləri istehsal olunacaq

Azərbaycanda poliqonlar üçün hədəf avadanlıqlarının istehsalına başlanıb.

Bu barədə “AzeriDefence” jurnalına Türkiyənin “Target Atış Eğitim Sistemleri” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, hədəf avadanlıqları Azərbaycanın “A2Z Advisors”, Türkiyənin “Target” və DESİ şirkətlərinin iştirakı ilə birgə istehsal olunacaq.

Tərəflər birlikdə Azərbaycanda DESİ şirkətinin layihələndirdiyi yatar-qalxar, yatar-qalxar və dönər,  yana açılan, həmçinin atış və yayınmanı müəyyən edən (LOMAH) hədəflərin istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, Türkiyənin “Target Atış Eğitim Sistemləri” şirkəti Azərbaycanda uzun zamandır fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ən böyük layihəsi Dövlət Sərhəd Xidmətinin Sitalçay paliqonunun inşası layihəsidir.