15/02/2018 15:45

Azərbaycandakı hərbi attaşelər MSN-nin müəssisələrində oldular

Fevralın 15-də xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarında oldular.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tanışlıq məqsədilə keçirilən tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib. Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.

Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib.

Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.