16/05/2017 22:45

Azərbaycanın atıcı silahları – VİDEOTƏQDİMAT

Xəbər verdiyimiz kimi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) may ayının 9-dan 12-dək İstanbulda keçirilən İDEF-2017 beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunub.

“AzeriDefence”nin məlumatına görə, sərgidə Azərbaycan müəssisələrində istehsal edilmiş müxtəlif atıcı silahlar – 3 növ snayper tüfəngi, pulemyotlar, tapançalar və qumbaraatan, habelə “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsi böyük marağa səbəb olub.

Sərgidə “Azeri Defence” jurnalı da media tərəfdaş qismində iştirak edib.

“AzeriDefence” sərgidə nümayiş etdirilən Azərbaycan silahları barədə videonu təqdim edir.