28/10/2019 12:56

Azərbaycanın “Azairtechservice” şirkəti Dubay aviaşousunda iştirak edəcək

Noyabr ayının 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2019” beynəlxalq aviasiya sərgisi və şousu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə aviaşounun təşkilat komitəsindən məlumat verilib.

Sərgi və aviaşouda dünyanın müxtəlif ölkələrindən mülki və hərbi aviasiya sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.

Sərgi bölməsində Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edəcək. Şirkət 455 nömrəli stenddə öz imkanlarını sərgiləyəcək.

Aviaşouya Azərbaycandan ziyarətçi qismində nümayəndə heyətləri qatılacaq.

Qeyd edək ki, “Azairtechservice” şirkəti Dubay aviaşousunda 2001-ci ildən iştirak edir. Adıçəkilən şirkətlə birlikdə sərgidə Müdafiə Nazirliyinə daxil olan aviasiya təmir zavodları da sərgidə öz potensiallarını tanıdırlar.