30/06/2019 21:05

Azərbaycanın da təmsil olunduğu “Army-2019” Forumu başa çatıb

Rusiyanın Moskva vilayətində keçirilən “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forum başa çatıb.

“AzeriDefence”nin Forumda iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbir Rusiya və dünyanın müxtəlif ölkələrindən qatılan şirkətlərin yeni texnologiyalarının nümayişi ilə keçib.

Foruma ilk dəfə qatılan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayiş etdirdiyi məhsullar böyük marağa səbəb olub. Xüsusilə də Azərbaycan müəssisələrində istehsal edilən atıcı silahlar və döyüş sursatları daha çox maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan MSN ilə Rusiyadan və digər ölkələrdən olan istehsalçılar və təchizatçılar arasında görüşlər keçirilib. Azərbaycan istehsalı olan məhsulların ixracına və birgə istehsalın yaradılmasına dair razılaşmalar əldə olunub.