10/01/2019 10:31

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Bakıya qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

2018-ci ildən etibarən beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 zabit, eləcə də 2 hərbi həkim olmaqla Azərbaycan sülhməramlılarının sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.